İstanbulda Türk dünyasının gələcəyi HƏLL OLUNUR

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçiriləcək.
Globall.az-ın məlumatına görə, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcək.
“Elektron dövrdə “Yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə edəcəklər.
Tədbir çərçivəsində təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə təhvil verilməsi gözlənilir.
Türk Şurası dövlət başçılarının İstanbulda keçiriləcək VIII Zirvə görüşündə daha iki mühüm qərar veriləcək:
- Türkmənistan tamhüquqlu üzv olacaq;
- Təşkilatın adı Türk Dövlətləri Birliyi olaraq dəyişdiriləcək;
Zirvə görüşü türk dünyasının gələcəyi baxımından mühüm rol oynayacaq.
Qeyd edək ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanmış müqaviləsi ilə qurulub. Müqaviləni Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə imzalayıb.

Özbəkistan isə 14 sentyabr 2019-cu ildə Türk Şurasına üzv olub.
Əməkdaşlıq şurasının qurulması fikri isə ilk dəfə 2006-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib.
24 may 2019-cu il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri seçilib. 2018-ci ilin sonlarından bu yana Macarıstan qurumda müşahidəçi dövlətdir. Cənubi Koreya da üzv dövlət olmaq üçün müraciət edib.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: