Mahsun Kırmızıgül Mübariz Mənsimova dəstək oldu -
"Türkiyə sevdalısı, Azərbaycan xalqının qiymətlisi..." (FOTOLAR)
Bu sözləri məşhur müğənni, rejissor və aktyor Mahsun Kırmızıgül sosial media hesabında yazıb. Mübariz Mənsimovun həbsinə etiraz səsini qaldıran məşhur sonuna qədər onun yanında olduğunu bildirib.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində azərbaycanlı iş adamı Mübariz Mənsimov saxlanılıb, daha sonra barəsində həbs qərarı verilib. Məlumata görə, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi iş adamının ofislərində axtarışlar aparır.