“Le Monde”: "Qərbin Çinlə dialoqu davam etdirməkdən başqa yolu yoxdur…"

Çin Kommunist Partiyasının hökumətin böyük uğurları ilə bağlı son qərarı, nəhayət,
Si Tszinpinə Mao Tszedun kimi ölkənin əvəzolunmaz lideri statusunu təmin etdi.
Bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri xəbər verir.
Qəzetin qeyd etdiyi kimi, bu gün Qərb ölkələrinin ÇXR rəhbəri ilə dialoqu davam etdirməkdən
başqa yolu yoxdur, çünki onun dövründə Çin dünyanın ikinci ən qüdrətli dövlətinə çevrilib.
Hətta buna şübhə edənlərə də ən azı indi hər şey aydındır: Si Tszinpin 2022-ci ilin ikinci yarısında keçiriləcək
Kommunist Partiyasının 20-ci qurultayından sonra Çinə rəhbərlik etməyə davam edəcək, - deyə “Le Monde”
redaksiya məqaləsində yazır. Noyabrın 8-dən 11-dək bağlı qapılar arxasında keçirilən
Mərkəzi Komitənin plenumunda “ikinci yüzilliyin məqsədinə ” - 2035-ci ilə qədər Çini 2020-ci
ildəkindən iki dəfə zəngin müasir ölkəyə çevirməyə nail olmaq məhz Si Tszinpinə həvalə olunub.
Qəzet hesab edir ki, Si Tszinpin partiyanı 1921-ci ildə yarandığı gündən bəri əldə etdiyi böyük uğurlarla
bağlı qətnamə qəbul etməyə məcbur etməklə yalnız bir məqsəd güdürdü:
hakimiyyətini möhkəmləndirmək və öz xəttini tətbiq etmək. Redaksiya heyətinin fikrincə, bu məqsədə nail olunub: indiki liderin partiyada tutduğu yer Mao Tszedunun mövqeyi ilə müqayisə oluna bilər.
Rəsmi olaraq partiya Maonun ölümündən sonra Den Syaopin tərəfindən başladılan islahatlar və açıqlıq
siyasətinidavam etdirir, lakin bu siyasət artan bərabərsizlik, korrupsiya, ideoloji səhlənkarlıq kimi
çatışmazlıqlar yaratmışdıvə qətnaməyə əsasən Si Tszinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra dədhal
bu problemlərin həlli ilə məşğulolmasaydı, nəticələr faciəvi ola bilərdi. Qəzet qeyd edir ki, son illərdə Çində totalitarizm və millətçiliyə dönüşdən narahat olanlar bu mətndə qorxularının təsdiqini
görəcəklər.
Lakin bu dörd gün ərzində Çin Kommunist Partiyasının plenumunun iclası ilə birbaşa əlaqəli olan iki önəmli
hadisə baş verdi, - deyə məqalənin müəllifləri diqqəti çəkirlər. Noyabrın 10-dan 11- nə keçən gecə
ABŞ və Çin hamını təəccübləndirərək qlobal istiləşmə ilə mübarizə ilə bağlı birgə bəyanat yaydılar.
Bundan əlavə, Amerika mediası ABŞ prezidenti Co Bayden və Si Tszinpinin böyük ehtimalla qarşıdakı
həftənin əvvəlində virtual sammit keçirəcəklərini də qeyd edib. “Ya Çin rəhbəri qətnamənin qəbulunun
artıq şübhə doğurmadığını bilərək dərhal Vaşinqtona ümidverici mesaj göndərmək qərarına gəlib,
ya da bu ikili mesaj Birləşmiş Ştatlar ilə artan gərginlikdən narahat olan bəzi kommunist liderləri
sakitləşdirməyə yönəldilib”, - deyə “Le Monde” bildirir.
Qəzet yazır ki, hər iki halda Qərb üçün nəticələr eynidir: Pekin dialoqu davam etdirməyə çalışır.
ABŞ-da “şahinlər” hesab edirlər ki, Vaşinqtonun yarım əsr ərzində Çinə “sədaqəti” səhv olub.
Tarixi dəyişdirmək olmaz: Çin hazırda demokratiya yolu ilə getməyən qüdrətli dövlətdir, bu faktdır, -
deyə “Le Monde”un redaksiya heyəti bildirir. Qəzet təkid edir: “Lakin Qərbin qalib bəyanatları tez-tez
praqmatik kompromislərlə müşayiət olunan dünyanın ikinci qüdrətli dövləti ilə dialoqa
girməkdən başqa yolu yoxdur”./moderator.az
Oxunub: 185
Xəbəri paylaş
Paylaş: