"Terrorçunun separatçılara təhvil verilməsi beynəlxalq hüquqa ziddir..."- Hulusi Kılıç

"Əliqanlı bir qatilin, Azərbaycana deyil, bölücü qruplara təslim edilməsi beynəlxalq hüquqa tamamilə ziddir. Bunu qəbul etmək mümkün deyil. Azərbaycan tərəfi bunun izini buraxmayacaq."
Bunu Moderator-a Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç dünən erməni terrorçu Norayr Mirzoyanın Şuşada Azərbaycan və rus hərbçilərinə əl qumbarası atmasını şərh edərkən deyib.
O, eyni zamanda Rusiya sülhməramlılarının bu hərəkətini doğru hesab etmədiyini bildirib.
"Düşünürəm ki, Türkiyə tərəfi də bu məsələ ilə bağlı ətraflı bilgiyə sahib deyil. Türkiyə nə edirsə, Azərbaycan üçün edir. Bu məsələyə də səssiz qalmamalıyıq. Günahkarı himayə etmək, qorumaq özü bir cinayətdir. Norayr Mirzoyanın tez bir zamanda məsuliyyətə cəlb edilməsi lazımdır. Bu cinayətkar Azərbaycana təhvil verilməlidir. Əgər Rusiya bu terrorçunu Azərbaycana təhvil verərsə, o zaman ədalətli olacaq" - deyə, o qeyd edib.
Xatırladaq ki, dünən səhər saatlarında bir nəfər Ermənistan vətəndaşı Şuşanın Daşaltı kəndi ərazisində Azərbaycan hərbçilərinin və Rusiya sülhməramlılarının olduğu posta əl qumbarası atıb. Nəticədə üç Azərbaycan hərbçisi yaralanıb. Terrorçu rus sülhməramlıları tərəfindən saxlanılaraq Ermənistan tərəfinə təhvil verilib.
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: