İranda 6,1 maqnitudalı zəlzələ:
xəsarət alanlar, ölənlər var
İranda baş verən zəlzələ zamanı azı 8 nəfər xəsarət alıb. Bu barədə “Mehr” agentliyi xəbər verib.
Qeyd edilir ki, təbii hadisə zamanı azı 1 nəfər həlak olub. Yeraltı təkanılar bir neçə şəhərdə hiss olunub.
"Haber Global" isə zəlzələ zamanı 2 nəfərin həlak olduğunu, 17 nəfərin xəsarət aldığını xəbər verib.
Məlumata görə, 6,1 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
***
İranın cənubunda 6,1 maqnitudalı zəlzələ olub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin ocağının Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşdiyi barədə məlumat yayıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.