KTMT xüsusi təyinatlılarının birgə təlimləri başlayır
Noyabrın 17-19-da Tacikistanın Fəxrabad poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) xüsusi təyinatlılarının “Kobalt-2021” birgə təlimləri keçiriləcək.
Globall.az xarici KİV-ə istinadla xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd təhlükəsizlik zonalarında birgə əməliyyat-döyüş fəaliyyətlərinin hazırlanması və keçirilməsinin səmərəliliyini artırmaqdır.
Təlimlər zamanı Rusiya hərbçiləri Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan həmkarları ilə birlikdə terrorçuların məhv edilməsi əməliyyatının planlaşdırılması və keçirilməsini işləyəcəklər.
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: