Avropada təbii qazın qiyməti 1 000 dolları ötdü
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 27 oktyabr tarixindən ilk dəfə olaraq 1 000 ABŞ dollarını ötüb.
Məlumata görə, 16 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də dekabr fyuçerslərinin qiyməti 1 002 dollar təşkil edib, bu da gün ərzində 5%-dən çox artım deməkdir.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: