Koronavirusa görə daha bir ölkədə fövqəladə vəziyyət rejimi elan edildi
Kolumbiya Prezidenti İvan Duke xalqa müraciəti zamanı koronavirus infeksiyası səbəbindən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.
Onun çıxışı “Tvitter”də canlı yayımlanıb. Prezident ölkə konstitusiyasına əsasən, bu addımı atdığını bildirib.
Dövlət başçısı həmçinin yaşlı vətəndaşları evdən çıxmamağa çağırıb.
Fövqəladə vəziyyət rejimi martın 20-dən mayın 31-dək qüvvədə olacaq.
Son məlumatlara görə, Kolumbiyada COVID-19 virusuna 75 yoluxma hadisəsi qeydə alınıb.
Kolumbiya əvvəllər koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən Venesuela ilə sərhədi bağlamışdı./Teleqraf.com
Oxunub: 434
Xəbəri paylaş
Paylaş: