Yoluxanların 5 %-nin vəziyyəti kritikləşir
“COVID-19 xəstəliyi aşkar edilən şəxs həkim müayinəsində olmalıdır. Xüsusilə həkimlərin təcrübəli olması ödəmlidir”.
Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
T.Eyvazov koronavirusa yoluxan şəxslərin əksəriyyətinin evdə müalicə almasına diqqət çəkib:
“Virusa yoluxan şəxslər 20 faiz halda xəstəliyi ağır, 5 faiz halda kritik, yerdə qalanlar isə yüngül və orta ağır keçirir. Xəstələrin çoxunda yuxarı tənəffüs yollarının zədələnməsi halları olur. Böyük əksəriyyətində isə heç ağciyərlər zədələnmir. Xəstəliyi yüngül keçirən xəstələrin müalicəsində ağır dərmanlara ehtiyac yoxdur. Ağırlaşmış halda belə, bəzən dərman istifadəsi təyin edilmir”.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: