Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvü tutulub -
Məhkəməsi başlayır
Bakıda 7 il əvvəl qətl törədib, istintaqdan yayınan və interpol xətti ilə axtarışa verilən şəxs tutulub.
APA xəbər verir ki, 2014-cü ilin avqustun 16-da Bakının yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirən kriminal aləm üzvü Muxtarov İbrahim Nadir oğlu saxlanılıb.
Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Oxunub: 216
Xəbəri paylaş
Paylaş: