"Yaxın Şərqdə mövcudluğumuzu artıracağıq"- Pentaqon rəhbəri
“Birləşmiş Ştatlar Yaxın Şərqdə hərbi mövcudluğunu saxlayacaq”.
Report xəbər verir ki, bunu ABŞ-ın müdafiə nazir Lyold Austin Bəhreyndə keçirilən konfransda deyib.
“Əgər lazım gələrsə, mövcudluğumuzu daha da artıracağıq. Əraziyə əlavə qüvvələr yerləşdirərək bunu tez bir zamanda edə bilərik. ABŞ diplomatiyaya üstünlük verir və hərbi gücə əlavə vasitə kimi baxır”, - Pentaqon rəhbəri bildirib.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: