Koronavirusa görə distant təhsilə keçən məktəblərin sayı AÇIQLANDI

“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə əsasən, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar:
“Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-yə yaxın məktəbdə belə hal olub. Əsasən böyük şəhərlərdə olur. Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-yə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-yə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: