Ankara və Vaşinqton Qarabağı müzakirə ediblər
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ilə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.
Türkiyənin NTV telekanalının saytı xəbər verir ki, söhbət zamanı mövzularından biri Qarabağda sülh və sabitliyin davamlılığı olub.
Tərəflər həmçinin Əfqanıstana siyasi vəziyyət, Suriyanın ərazi bütövlüyü və ərazisinin terrordan təmizlənməsi, Liviyada siyasi proseslər və seçkilər, Ukraynanın şərqində baş verən proseslər, Polşa-Belarus sərhədində və Şərqi Aralıq dənizində miqrant problemini müzakirə ediblər.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: