Yunan nazir yenə Türkiyəni hədəfə aldı: "Belarus Ankara taktikasından istifadə edir"

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Kipr, Misir və Fransa XİN rəhbərlərini Afinada qəbul edib.
Kipr mətbuatında yer alan xəbərlərə görə görüşdə Şərqi Aralıq dənizi, Yaxın Orta Şərq və Körfəz regionunda müşahidə edilən son proseslər, həmçinin Kipr problemini müzakirə edib.
Görüşdə Dendias növbəti dəfə Türkiyənin əlehinə qalmaqallı açıqlamalar verib. O, regionda yaşanan çətinliklərin səbəbkarının Türkiyə olduğunu bildirib. Həmçinin ölkəsindəki qaçqınları Polşa sərhəddinə yığan Belarusiyanın rəsmi Ankarının əvvəlki taktikalarından bəhrələndiyini iddia edib.
Oxunub: 168
Xəbəri paylaş
Paylaş: