“Tərəflər müxtəlif qüvvələri danışıqlara cəlb edə bilərlər”- Tomas de Vall
“Azərbaycan və Ermənistan arasında sərhəddə baş verən hadisələr o həddə çatıb ki, Rusiyadan başqa vasitəçiləri proseslərə cəlb etmək qaçılmazdır”.
Bu barədə Karnegi Fondunun təhlilçisi “Qara Bağ” kitabının müəllifi Tomas de Vall bildirib.
O, əlavə edib ki, bu hazırda real görünməsə də ona ehtiyac var: “Biz bu həftə kəskin döyüşlərin və ölümlərin şahidi olduq. Hazırda Rusiya, Azərbaycan və Ermənistan özlərindən soruşmalıdırlar: biz əlimizdən gələni edirikmi, bu mexanizm işləyirmi?
Tərəflər müxtəlif qüvvələri danışıqlara cəlb edə bilərlər. Bura Avropa Birliyi, ATƏT-i, yaxud neytral dövlət- İsveçrəni dəvət edə bilərlər. Əgər problemi həll etmək istəyən olsa, variantlar çoxdur. Amma əlbəttə, bu, münaqişə tərəflərinin verəcəyi qərardır”.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: