Sarkisyan rüşvətə görə dindirilməyə ÇAĞIRILDI

Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan təqsirləndirilən şəxs qismində Korrupsiyaya qarşı Mübarizə Komitəsinə dindirilməyə çağırılıb.
Bu barədə onun vəkili Amram Makinyan yerli mediaya bildirib.
“Mən bu yaxınlarda Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Muşeqyandan bildiriş aldım ki, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilməyə çağırılır”,-deyə vəkil qeyd edib.
Onun sözlərinə görə, Sarkisyan iş adamı Silva Hambardzumyanın ifadəsi əsasında rüşvət almaqda təqsirləndirilir.
“Bu hüquqi biabırçılığın qalan təfərrüatlarını sonra təqdim edəcəm”, - vəkil bildirib.
Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı ittiham da sırf iş adamı Silva Hambardzumyanın ifadəsinə əsaslanır.

Oxunub: 422
Xəbəri paylaş
Paylaş: