Azyaşlı övladını küçəyə atan ana ilə bağlı ARAŞDIRMA BAŞLADI

Tovuzda gecə saatlarında bir qadın və azyaşlının küçədə çəkilən görüntüləri müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, fotonun rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi bildirilib. İlkin məlumata görə, şəkildəkilər ana və övladıdır.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, məsələ qurumun nəzarətindədir. Hazırda monitorinq qrupu ilə birgə araşdırma aparılır.
İlkin ehtimala görə, qadının əqli problemləri olduğu, buna görə də uşağı küçədə gecələməyə məcbur etdiyi iddia edilir.
Məlumata görə, qadın gecə saat 2-3 radələrində azyaşlı övladını küçəyə gətirir, üstünü örtərək özü evinə gedir.

Oxunub: 297
Xəbəri paylaş
Paylaş: