Cəbrayılda daha iki erməni hərbçinin qalıqları tapıldı
İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisində iki erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, iki cəsəd tapılıb: “Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşdiriləcək”.
Xatırladaq ki, Qarabağda aparılan axtarış tədbirləri nəticəsində ümumilikdə 1700 cəsəd və qalıqları aşkarlanıb.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: