“Bakı və İrəvan müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə yaradıb”- Paşinyan
Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıb.
APA-nın "Sputnik Armenia"ya istinadla xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır”, - deyə Paşinyan əlavə edib.
“Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: