Türkiyə və Rusiya kosmik sahədə əməkdaşlıq üzrə saziş imzalayacaq

Bu məqsədlə noyabrın 22-23-də Rusiyanın “Roskosmos” və kosmik-raket sənayesi təşkilatları təmsilçilərindən ibarət nümayəndə heyəti Ankaraya səfər edib.
Səfər çərşivəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank, həmçinin ölkənin kosmik agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırımla danışıqlar aparılıb.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın perspektivlərini və istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, kosmik sahədə əməkdaşlıq üzrə hökumətlərarası sazişin hazırlanması üzrə konkret addımların atılması barədə razılıq əldə olunub./TASS
Oxunub: 227
Xəbəri paylaş
Paylaş: