Paşinyana yeni müavin təyin edilib
Ermənistanın Armavir vilayətinin keçmiş qubernatoru Ambartsum Matevosyan Ermənistan baş nazirin Nikol Paşinyanın yeni müavini təyin edilib.
Yerli KİV xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin rəsmi saytında dərc olunub.
Təyinatın Paşinyanın təklifi əsasında aparıldığı bildirilir.
Xatırladaq ki, Matevosyan 24 noyabrda Armavir vilayətinin qubernatoru vəzifəsindən azad edilib.
Oxunub: 185
Xəbəri paylaş
Paylaş: