"Omoniya"nın Bakıda vurduğu qol tarixə düşüb və... "ən yaxşı qol"a namizəd olub - VİDEO
UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda "Qarabağ"la keçirdiyi oyun Kiprin "Omoniya" klubu üçün əlamətdar olub.
Nikosiya təmsilçisi avrokuboklarda 200-cü qoluna imza atıb.
Nikosiya təmsilçisi avrokuboklarda 200-cü qoluna imza atıb.
Jordi Qomesin 90-cı dəqiqədəki qolu tarixə düşüb. Komanda buna 154-cü matçda nail olub. Əvvəlki görüşlərdən 52 qələbə və 31 heç-heçə ilə ayrılan komanda 71 dəfə məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış qarşılaşma 2:2 hesablı ilə yekunlaşıb.
Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Qol.az xəbər verir ki, 4 qol arasında "Omoniya"nın futbolçusu Jordi Qomesin "Qarabağ"la Bakıdakı oyunda (2:2) meydanın mərkəzindən vurduğu dəqiq zərbə də var.
İspaniyalı oyunçu ilə yanaşı, Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos ("Anortosis", Kipr) və Edon Jeqrovanın ("Bazel", İsveçrə) da qolları ən yaxşı adına namizəddir.
Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə "Omoniya"nın bərabərlik qoluna imza atıb.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: