Kann kinofestivalı təxirə salındı
Kann kinovestivalı Fransada koronavirusun yayılması səbəbindən may ayında baş tutmayacaq.Bu barədə təşkilatçılar məlumat yayıb.
“Kann kinofestivalını təyin olunan tarixlərdə – 12 maydan 23-dək keçirmək mümkün olmayacaq”, – mətndə deyilir. Təşkilatçılar bildirib ki, hazırda bir neçə variant var, onlardan ən əsası tədbiri iyunun sonu – iyulun əvvəlində keçirmək ehtimalıdır.
Qeyd edək ki, indiyədək Fransada 10995 nəfər bu virusa yoluxub, 602 pasiyent sağalıb, 372 nəfər vəfat edib.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: