Trampla Makronla arasında telefon danışığı olub –
Koronavirusa qarşı mübarizəni müzakirə ediblər
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla telefon əlaqəsi yaradıb.
“TASS” xəbər verir ki, liderlər koronavirusla bağlı vəziyyəti və pandemiya ilə mübarizə üçün birgə səyləri müzakirə ediblər. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Dir açıqlama verib.
“Prezident Tramp və Prezident Makron koronavirusla mübarizədə inkişaf və səyləri müzakirə ediblər. İki lider “Böyük Yeddilik” qrupu və digər beynəlxalq tərəfdaşlarla razılaşdırılmış şəkildə pandemiyanın aradan qaldırılması və onun törədəcəyi iqtisadi zərərin minimuma endirilməsi üçün sıx əməkdaşlığı davam etdirəcəklərini bildiriblər”, – sənəddə belə deyilir./apa
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: