Azərbaycan İran vətəndaşını axtarışa verib - Qətl və adam oğurluğunda təqsirləndirilir
APA xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
İran İslam Respublikasının vətəndaşı, 43 yaşlı Hassan Gharadghlou Rahbari qətldə, adam oğurluğunda və digər cinayət əməllərində ittiham olunur. Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən H. G. Rahbari təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: