Narkobaron “El Çapo”nun həyat yoldaşı - gözəllik kraliçasının cəzası məlum oldu
Ötən fevral ayında ABŞ-da yaxalanan və məhkəmədə cinayətini etiraf edən meksikalı narkobaron, “El Çapo” ləqəbli Xoakin Quzmanın həyat yoldaşı, ABŞ-Meksika ikili vətəndaşlığına sahib olan 31 yaşlı keçmiş gözəllik kraliçası Emma Koronel Aispuroya verilən cəza açıqlanıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda federal məhkəmə noyabrın 30-da baxılan iddianın nəticəsi olaraq Aispuronu narkotik ticarəti, əcnəbi narkotik taciri ilə əməkdaşlıq və çirkli pulların yuyulması ittihamı ilə 3 il həbs cəzasına məhkum edib.
Aispuro etdiyi əməllərə görə peşman olduğunu və hərəkətlərinə görə utandığını söyləyib. “Baş verənlərə görə əzab çəkirəm” deyən Aispuro öz hərəkətlərinin nəticələrini də qəbul etdiyini qeyd edib./“Haber Global”
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: