Böyük Britaniya XİN-dən Rusiyaya xəbərdarlıq: "Biz Ukraynanı dəstəkləyəcəyik..."

"Rusiyanın tərəfdaş ölkələrimizdə azadlıq və demokratiyaya zərbə vurmağa yönəlmiş istənilən hərəkəti strateji səhv olardı.
Biz azadlıq və demokratiyanın nəinki sağ qalacağı, əksinə, çiçəkləndiyi bir dünya istəyirik. Bu məqsədlə biz Ukraynanı və Qərbi Balkanlarda sabitliyi dəstəkləyəcək, onların təhlükəsizliyini qoruyacaq və iqtisadi dayanıqlığını gücləndirəcəyik”.
TASS xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Elizabet Tras NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Riqada keçiriləcək iclasından əvvəl yaydığı bəyanatda deyib.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: