Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • 2019-cu il: Dünyada nələr oldu - “Venesuela baharı”ndan "İran payızı"na qədər - Təhlil
  • AZƏRBAYCANLI ANAR İSAYEVİN RUSİYANI ŞOKA SALAN FIRILDAQLARI - Həbsxanada oturub qadınları necə soyurdu?..
  • Dünya virusun əsarətində: Baş infeksionistdən yeni xəbərdarlıq
  • Suriya müharibəsinin doqquz ili: ŞƏRQDƏ İNQİLABIN QANLI TARİXÇƏSİ – TƏHLİL

    • Tarix: 20-03-2020, 14:51


    Koronavirus xəstəliyinin yayılması dünyada münaqişə və müharibələrə də təsir etdi. Düzdür, ölümcül pandemiya insanların öldürmək hissini yox etməsə də, amma münaqişələr artıq ikinci plana keçib. Hətta o qədər ki, dünyanın qaynar münaqişə bölgələri artıq ikinci dərəcəli xəbərlər sırasındadır. Bu səbəbdən də Suriyada qanlı olayların başlamasının doqquzuncu ilinin tamam olması o qədər də diqqəti cəlb etmədi. 

    Divar yazısı ilə başlayan inqilab

    Hər şey doqquz il əvvəl martın 15-də Suriyanın cənubunda - İordaniya ilə sərhədin yaxınlığında yerləşən Dəra şəhərində küçələrdə hakimiyyət əleyhinə şüarlar görünməsi ilə başladı. Bu, Suriyada görünməmiş hadisə idi və tezliklə hökumət orqanları şüar yazan gəncləri həbs etdi. Ancaq həbsxanada gənclərə işgəncə verilməsi əvvəl Dərada, sonra isə sürətlə ölkənin bir çox yerində etiraz aksiyalarının başlamasına səbəb oldu. Bu, o zaman idi ki, bütün ərəb coğrafiyası etirazlara bürünmüşdü. Tunisdə, Misirdə hakimiyyət devrilmişdi. Liviyada vətəndaş müharibəsi gedirdi. Bəhreyn, Yəmən kimi ölkələrdə isə xalq küçələrdə idi. 
    Liviyada olduğu kimi, Suriyada da etirazlar çox sürətlə silahlı münaqişəyə çevrildi. 3 ay sonra - iyulda isə artıq Suriya ordusundan qaçan əsgər və zabitlər hesabına polkovnik Riyad Əsədin rəhbərliyi altında “Azad Suriya Ordusu” yaradılmışdı. Tezliklə Suriya müxalifətinin siyasi koalisiyası formalaşdırıldı. Ərəb ölkələri Suriyadakı müharibəyə açıq dəstək verməyə başladı. Əvvəlcə Hums və Hama, sonra isə ölkənin ikinci şəhəri sayılan Hələbin əsas hissəsi müxaliflərin əlinə keçdi.
    Eyni zamanda, Suriyadakı müharibənin cihad savaşı olduğu elan edildi. Dünyanın bir çox yerlərindən radikal dindarlar Suriya hökumət qüvvələrinə qarşı mübarizəyə qoşulmaq üçün bu ölkəyə gəldilər. Bu zaman artıq döyüşlər Dəməşqin ətraf məhəllələrində gedirdi və prezident sarayı atəşə tutulurdu.
    Ancaq 2013-cü ildə Suriya müharibəsində dönüş ili oldu. İlk dəfə olaraq Livan “Hizbullah” qruplaşması Suriya ərazisinə hərbi qüvvə göndərdi və Livan-Suriya sərhədi yaxınlığında Quseyr şəhəri müxaliflərdən geri alındı. Eyni zamanda, İran Suriyaya hərbi qüvvələr, digər ölkələrdən silahlı dəstələr göndərməyə başladı. Rusiya isə Tartus və Xmeymimdəki hərbi bazalarını gücləndirdi. İlk dəfə Rusiyadan gəlmiş muzdlu hərbçilərin Suriyada görüntüləri yayıldı.
    2013-cü ildə Quta şəhərində Suriya hökumətinin müxaliflərə qarşı kimyəvi silahdan istifadə etməsi iddiaları ortaya çıxdı. Rəsmi Dəməşq bu iddiaları təkzib etdi, lakin Vaşinqtonun Suriyaya hərbi müdaxilə təşəbbüsü BMT-də Rusiya və Çin tərəfindən veto olundu. Ancaq Vaşinqton və Moskva arasında əldə olunan anlaşma nəticəsində Suriyanın kimyəvi silah anbarlarının müsadirə olunması, kimyəvi silahların ölkədən çıxarılması razılaşdırıldı. 2014-cü ilə qədər Suriyada hökumət qüvvələrinə məxsus kimyəvi silahlar tamamilə məhv edildi. 
    2013-cü ilin sonlarında Suriyanın şimalında daha əvvəl İraqda mövcud olmuş İŞİD – İraq və Şam İslam Dövləti silahlı terror qruplaşması fəallaşdı. 2014-cü ilin əvvəlində Suriyada hücuma keçən İŞİD Türkiyə ilə sərhəd ərazilərin böyük bir qismini ələ keçirdi. Sonrakı aylarda İŞİD Suriyanın şimalında kürdləri, eləcə də “Əl-Qaidə”nin Suriya qanadı olan “Ən-Nusra Cəbhəsi” və digər silahlı qrupları sıxışdıraraq, Raqqa və daha bir neçə şəhəri ələ keçirməklə böyük bir əraziyə nəzarət etməyə başladı. 
    2014-cü ildə İŞİD İraqın ikinci böyük şəhəri Mosulu işğal edərək, İraq və Suriya ərazisində “xilafət” elan etdi. Bundan sonra ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı 64 ölkənin qatıldığı beynəlxalq antiterror koalisiyası yaradıldı və aktiv əməliyyatlar başladı. 
    2015-ci ildə Suriyanın şimalında kürd silahlı qrupları və PYD təşkilatı 3 vilayəti birləşdirən “kürd bölgəsi” və ya qeyri-rəsmi muxtariyyət yaratdılar. Eyni zamanda, 2015-ci ilin sentyabrında Rusiya Suriya ərazisində terrora qarşı aktiv hərbi əməliyyatlara başladı. Aralıq və Xəzər dənizindən, həmçinin hərbi aviasiya vasitəsilə Suriya ərazisindəki terror qruplarına məxsus mövqeləri bombalamağa başladı. Noyabrda isə Türkiyə qırıcıları Suriya ərazisində müxaliflərin mövqelərini bombalayan Rusiya hərbi təyyarəsini ölkənin hava sərhədlərini pozduğu üçün vurdu. Bundan sonra Rusiya Suriyaya əlavə HHM sistemləri – “S-400”lər gətirərək hava məkanını bağladı və Suriya üzərində təsirini daha da artırdı. 
    2016-cı ildə Türkiyə ordusu Suriya ərazisinə daxil olaraq, “Fırat Kalkanı” əməliyyatını başlatdı. 5 ay davam edən bu əməliyyat nəticəsində Suriyanın Aziz və Cerablus şəhərləri arasında 100 kilometrə yaxın zolaq İŞİD-dən azad edildi. Payızda isə Suriya və Rusiya ordusu Hələb şəhərini müxaliflərdən tamamilə azad etdi. 
    2017-ci ilin martında Suriya ordusunun Dəməşq yaxınlığında Duma qəsəbəsində müxaliflərə qarşı zəhərli qazdan istifadə etməsi haqqında xəbərlər yayıldı. Aprelin 7-də ABŞ ordusu Suriya ordusuna məxsus bir sıra hərbi bazaları “Tomahauk” raketləri ilə vurdu. 
    May ayında isə ABŞ ordusu kürd silahlı dəstələri (YPG və digərlərinin birləşdiyi Suriya Demokratik Qüvvələri koalisiyası) ilə birlikdə İŞİD-in Suriyadakı mərkəzi  - Raqqa şəhərinə hücum həyata keçirdi. Raqqa və İŞİD-in əlindəki ərazilərin böyük bir qismi kürdlərin nəzarətinə keçdi. 
    2018-ci ilin yanvarın 20-də Türkiyə ordusu Suriya-Türkiyə sərhədində kürdlərin nəzarət etdiyi Afrin rayonunda “Zeytin Dalı” əməliyyatını başlatdı. Afrin rayonu Türkiyə ordusu və müxaliflərin nəzarətinə keçdi. 
    Dekabrda ABŞ prezidenti hərbi qüvvələrin Suriyadan çıxarılacağını elan etdi. Ancaq bu, reallaşmadı. 2019-cu ilin oktyabrında ABŞ ordusu xüsusi əməliyyat keçirərək İŞİD lideri Əbubəkr əl-Bağdadini İdlib vilayəti ərazisində məhv etdi. 
    2019-cu ilin noyabrında Türkiyə ordusu Suriyada sayca 3-cü hərbi əməliyyatına - “Barış Pınarı”na başladı. Kürdlərin nəzarətində olan ərazilərin sərhəd zolağındakı 100 kilometrlik hissəsi Türkiyə ordusunun nəzarətinə keçdi. Eyni zamanda, ABŞ qüvvələrini sərhəddən geri çəkdi, kürdlər isə Menbic və daha bir neçə rayonu Suriya ordusuna təhvil verdi. 
    Bu dövrdə Rusiya və İran qüvvələrinin dəstəyi ilə Suriya hakimiyyəti Dəməşq ətrafında, eləcə də cənubda Dəranı və İordaniya sərhədi ərazilərini tamamilə nəzarətə götürdü. Ərazini tərk edən müxaliflər isə könüllü olaraq hökumətin ayırdığı avtobuslarla İdlib vilayətinə daşındı. Müxaliflərin nəzarətində qalan yeganə vilayət İdlib oldu. 
    Son olaraq hökumət qüvvələrinin İdlibdə başladığı əməliyyatlar nəticəsində vilayətin cənub hissəsi, M-5 və M-4 magistralları mərkəzi hökumətin nəzarətinə keçdi. Türkiyənin hərbi müdaxiləsindən sonra Suriya ordusunun əməliyyatı dayandırıldı. Moskvada əldə olunmuş son razılaşmaya əsasən, İdlibdə Rusiya və Türkiyə ordusu atəşkəsə birgə nəzarət edəcək. 
    Suriya münaqişəsinin siyasi həll prosesinə isə uzun müzakirələrdən sonra ötən ilin sonlarından etibarən Cenevrədə start verilib. 150 nəfərlik müzakirə heyətində 50 hökumət, 50 müxalifət və 50 müstəqil nümayəndə təmsil olunur. BMT-nin nəzarəti altında tərəflər Suriyada münaqişənin sona çatdırılması və siyasi keçidi razılaşdırmalıdır. Eyni zamanda, üç qrupun hər birindən 15 nəfər olmaqla 45 nəfərlik konstitusiya hazırlayan heyət yaradılıb. Lakin aydın məsələdir ki, Suriyada həqiqi siyasi həll bu ölkədə maraqları toqquşan iri dövlətlərin razılaşması nəticəsində mümkün olacaq. Bu isə hələlik mümkün deyil.
    Doqquz illik müharibə Suriyaya ağır zərbə vurdu. Müharibədən əvvəl 23 milyon əhalisi olan Suriya ərazisinin böyük hissəsi silahlı münaqişə və müharibədən öz payını aldı. Əhalinin yarıya qədəri evlərini tərk etdi və ya evləri dağıldı. 2020-ci il fevral ayına olan məlumata əsasən, 5,5 milyon suriyalı ölkəni tərk edib. Təxminən 6 milyon suriyalı isə ölkə daxilində qaçqın vəziyyətindədir. Qaçqın suriyalıların 950 mini Livanda, 670 mini isə İordaniyada məskunlaşıb.
    Həmçinin İraq, Misir və başqa ölkələrdə də qaçqınlar hələ qalır. Yüz minlərlə suriyalı isə Avropa və Amerika qitələrinə qaçıb. Ən çox suriyalı qaçqın isə Türkiyədədir. Türkiyə DİN-in mart ayına olan məlumatına əsasən, hazırda bu ölkədə üç milyon 589 min 289 suriyalı qaçqın var.
    Ölkə ağır zərbə alıb. Müharibədən əvvəl yoxsulluq səviyyəsi 28 faiz olan ölkədə hazırda bu rəqəm 83 faizə yüksəlib. Ölkənin neft və qaz sektoruna doqquz ildə 74 milyard dollar ziyan dəyib. Ümumilikdə isə müharibə Suriyaya 400 milyard dollar ziyan vurub. Hazırda 2,8 milyon suriyalı uşaq qaçqın düşərgələrindədir və normal təhsil ala bilmir.
    Suriya müharibəsinin itkiləri barədəki rəqəmlər müxtəlifdir. 400 minə yaxın insanın öldüyü güman edilir. BMT-nin rəsmi rəqəmlərinə əsasən, 250-300 min insan müharibədə öldürülüb. Bunların 22 mini uşaqlardır. Həmçinin, doqquz illik müharibə dövründə 1,1 milyona yaxın insanın yaralandığı güman edilir. 
    Suriya müharibəsinin nə zaman tamamilə başa çatacağı, bu ölkədə davamlı sülhün əldə olunacağı tarix məlum deyil. Ancaq doqquz ilin acı təcrübəsi göstərdi ki, üsyanlar və inqilablar Şərq ölkələrində ağır nəticələr doğurur. Böyük dövlətlərin maraqlarının toqquşması xalq etirazlarını mandat və qanlı terror müharibələrinə çevirir. Nəticədə isə ən ağır zərbə xalqa dəyir. 

    Rəşad Quliyev

    Oxunub: 751
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.