Gömrük Komitəsi 3 milyard 936,3 milyon manat toplayıb -
Səfər Mehdiyev açıqladı
Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 111,2% əməl edib.
Report xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə proqnozdan əlavə 396,3 milyon manat vəsait köçürülüb.
"Bununla da, Komitə 2021-ci il üçün nəzərdə tutulan büdcə öhdəliyini artıq 11 ay ərzində yerinə yetirib. 3 milyard 900 milyon manat proqnoza qarşı 3 milyard 936,3 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub", - deyə o, əlavə edib.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: