Ermənistanda koronavirusa yoluxanların sayı 160-a yüksəlib

Bu barədə “Sputnik” Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinə istinadən xəbər yayıb.
Yoluxanlardan bir nəfər sağalıb, 11 nəfərdə sətəlcəm inkişaf edib ki, bunlardan üçünün reanimasion tədbirlərə ehtiyacı var.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, qalan yoluxanlar özlərini normal hiss edir.
Ümumilikdə, 600-ə yaxın vətəndaş məcburi karantinə yerləşdirilib.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: