Amerika və Avropanın lider dövlətləri Rusiyaya qarşı birləşirlər

ABŞ prezidenti Co Bayden Fransa, Böyük Britaniya, İtaliya və Almaniya liderləri ilə "Ukrayna ilə sərhəddə rus qoşunlarının toplanması" ilə bağlı telefon danışığı aparıb.
Xarici KİV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
"Liderlər Ukrayna sərhədində Rusiyanın hərbi gücünün artırılması və Rusiyanın getdikcə daha sərt ritorikasına dair ümumi narahatlıqları müzakirə ediblər", - Ağ Evin bəyanatında deyilir.
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: