Dələduzluğa görə həbs olunan iş adamı Akif Çovdarovu məhkəməyə verdi -
SƏBƏB
Məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Babayev tərəfindən baxılacaq.
Qeyd edək ki, həm İlham Qasımov, həm də Akif Çovdarov bir müddət əvvəl həbsdə olublar.
Dələduzluqda, külli miqdarda vəsaitlərin mənimsənilməsində təqsirli bilinən İlham Qasımov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə 15 il azadlıqdan məhrum edilib.
İlham Qasımov eyni zamanda 2015-ci ildə həbs olunan MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Bildirilir ki, Çovdarov bir neçə dəfə onu ləğv olunan MTN-ə apararaq həbslə hədələyib, külli miqdarda pul alıb.