Kabildə Aİ-nin nümayəndəliyi fəaliyyət göstərəcək
Yaxın həftələrdə Avropa İttifaqının (Aİ) Əfqanıstanın paytaxtı Kabil şəhərində nümayəndəliyi açılacaq. Lakin bu hələ rəsmi Brüsselin Əfqanıstanda “Taliban” hakimiyyətini tanıması demək deyil.
TASS xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin nümayəndəsi Nabila Massrali Avropa Komissiyasının mətbuat konfransında çıxışı zamanı bildirib.
“Biz Aİ-nin Kabildə minimal iştirakını təmin etmək üzərində çalışırıq. Bu, heç də tanınma demək deyil”, - o deyib.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş:





















