Sanksiyalar İranı ağır vurdu - Yüzlərlə təyyarə uça bilmir

İranda yüzlərlə sərnişin təyyarəsi sanksiyalara görə istifadə edilmir.
Bu barədə İran Hava Yolları Şirkətləri Assosiasiyasının idarə heyətinin sədr müavini Əli Rza Bərxor açıqlama verib.
“Ölkədəki təyyarələrin 50 faizdən çoxu uça bilmir, çünki sanksiyalara görə mühərrik və digər ehtiyat hissələrini təmin edə bilmirik. Biz lazımi ehtiyat hissələri olmadan təyyarələri təmir edə bilmərik”, - Bərxor bildirib.
Onun sözlərinə görə, hökumət yeni ehtiyat hissələri və mühərriklər tədarük etməlidir. Bərxor hava yolu şirkətlərinə kömək edilməli olduğunu bildirib.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: