Britaniya məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə verdi
İngiltərə və Uels üzrə Apellyasiya Məhkəməsi Vaşinqtonun təhlükəsizlik zəmanətlərini inandırıcı hesab edərək, ABŞ Ədliyyə Nazirliyinin “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyasına dair müraciətini təmin edib.
Xarici KİV xəbər verir ki, bu barədə bu gün dərc olunan məhkəmə qərarında deyilir.
“WikiLeaks”in yaradıcısı 2019-cu ilin aprel ayıından Londonun Belmarş həbsxanasında saxlanılır.
O, Birləşmiş Ştatlarda Amerika tarixində ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur. İttihamların məcmusuna əsasən, Assanjı 175 ilə qədər həbs gözləyir.
Oxunub: 99
Xəbəri paylaş
Paylaş:





















