Rusiya Qvardiyasının itkin düşmüş podpolkovnikinin meyiti tapıldı -
Başı və əlləri yox idi
Tula vilayətində iki həftə əvvəl yoxa çıxmış Rusiya Qvardiyasının podpolkovnikinin cəsədi tapılıb. Bu barədə Baza nəşri xəbər yayıb.
Mərhum Xüsusi təyinatlı “SOBR” Çevik reaksiya xidmətinin xüsusi işlər üzrə əməliyyatçısı idi. O, noyabrın 18-də keçmiş həyat yoldaşı ilə mübahisə edərək evdən çıxıb.
Onun meyiti Anişino kəndi ərazisində kimsəsiz bağ evində tapılıb. Cəsədin başı və əlləri yox idi, sinə və ayaqlarında isə qəlpə yaraları var idi. Mərhumun yanından partlayıcının dəstəyi, təhlükəsizlik halqası və detonator tapılıb. Həmin əşyalar ekspertiza üçün məhkəmə-tibb mərkəzinə göndərilib.
Hüquq-mühafizə orqanları məmurun intihar etdiyini ehtimal edir./Lenta.ru
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: