Fransadan Yunanıstanın Hərbi Dəniz Qüvvələri üçün 3 milyardlıq MÜQAVİLƏ

Fransa Müdafiə Nazirliyi Yunanıstanla Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün üç hərbi gəminin tədarükü üçün müqavilə imzalayıb.
Xarici KİV xəbər verir ki, müqavilənin məbləği 3 milyard avro qiymətləndirilir.
Fransa və Yunanıstan hərbi gəmilərlə bağlı razılaşmanı sentyabrın sonunda açıqlayıb Müqaviləyə əsasən, Afina üç çoxməqsədli “Belharra” hərbi gəmisi alacaq. Tikinti işlərini “Naval Group” şirkəti həyata keçirəcək.
Fransa Müdafiə Nazirliyi Yunanıstan və ABŞ arasında gözlənilən müqavilədən xəbərdar olduqlarını bildiriblər. Paris Yunanıstanın Vaşinqtondan 6,9 milyard dollara çoxməqsədli gəmilərin alınmasını nəzərdə tutan sazişi etibarsız adlandırıb.
Birləşmiş Ştatlar Yunanıstana MMSC (Multi-Mission Surface Combatant) tipli yeni çoxməqsədli gəmilər satmağı planlaşdırır.

Oxunub: 297
Xəbəri paylaş
Paylaş: