General-leytenant Hikmət Mirzəyevin evi qarət olunub
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.
Bakupost xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.
Oxunub: 371
Xəbəri paylaş
Paylaş: