İran İsrail Baş nazirinin BƏƏ-yə səfərini pislədi -
“Regionun təhlükəsizliyinə xələl gətirir”
İran xarici siyasət idarəsinin saytındakı məlumatda belə deyilir.
"Xətibzadə İsrailin Baş nazirinin BƏƏ-yə səfərini şərh edib. Onun sözlərinə görə, bu cür hərəkətlər regionun təhlükəsizliyinə xələl gətirir və İslam ümmətinin, region xalqlarının və ərəb ölkələrinin maraqlarına zidd həyata keçirilir", - rəsmi məlumatda qeyd edilir.
Qeyd edək ki, İsrailin Baş naziri Naftali Bennet dekabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfər edib.
O, BƏƏ-nin paytaxtı Əbu-Dabinin vəliəhdi ilə danışıqların dərin, səmimi və mənalı olduğunu bildirib.
“Report” xatırladır ki, 2020-ci ildə bir sıra ərəb ölkələri ABŞ-ın o zamankı prezidenti Donald Trampın vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırmağa razılaşıb.
Sonradan bu ölkələrə Mərakeş və Sudan da qoşulub.