Kuba da İtaliyaya dəstək verdi:
Virusla mübarizə üçün tibbi briqada göndərəcək
Kuba yeni tip koronavirus (Covid-19) pandemiyası ilə mübarizə çərçivəsində İtaliyaya tibbi briqada göndərəcək.
52 nəfərlik tibbi heyətdən ibarət qrup bu gün İtaliyanın koronavirusdan ən çox təsirlənən Lombardiya vilayətinə yola düşəcək.
Bu artıq 6-cı tibbi briqadadır ki, Kuba koronavirusla mübarizə üçün müxtəlif ölkələrə göndərir. Kubalı həkimlər Venesuela, Nikaraqua, Yamayka, Surinam və Qrenadada koronavirusla mübarizədə yerli həkimlərə kömək edirlər./apa
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: