Deputat “Media haqqında” qanun layihəsini tənqid etdi:
"Jurnalist vəkildən aldığı məlumatı da yaymamalıdır?"
Globall.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Erkin Qədirli “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, jurnalistika azad peşədir:
“Dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq. Belədirsə, media Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçsin. Mən bu gün qanun layihəsinin lehinə səs verə bilməyəcəyəm.