Ərdoğan türk ordusunu nədən Liviyaya göndərmək istəyir? - Səbəb

Bunu Modern.az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O, Türkiyənin Liviyaya ordu göndərmək istəyinin səbəblərini açıqlayıb:
"Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr birləşiblər. Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq edirlər. Bu əməkdaşlıq həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Xaftar Liviyanın tamamını ələ keçirsə Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Ankara general Xaftarın Tripolini ələ keçirməsinə mane olmaq istəyir".
Elxan Şahinoğlu qeyd edib ki, gerenal Xaftarı dəstəkləyənlər arasında Rusiya da var.
"Kremlin dəstəklədiyi və rus muzdlulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada general Xaftara dəstək verir. Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Liviyada Türkiyə və Rusiyanın maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir.
Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcəklər. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdikləri kimi Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaqlar".
Globall.az
Oxunub: 511
Xəbəri paylaş
Paylaş: