Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
  • İlham Əliyev Lavrovu qəbul etdi – FOTO
  • STM sədri Zahid ORUC: "İlham Əliyev yeni hakimiyyət qurur"
  • SABİQ NAZİRLƏR ARASINDA QALMAQAL –Vilayət Quliyev Nadir Əhmədovu plagiatlıqda ittiham edir
  • Anar: “Güneydəki qardaşlarımız Yerevanı ərzaqla təmin edir…”

    • Tarix: 6-12-2019, 12:47


    ƏRƏB ƏLİFBASINDAN LATIN ƏLİFBASINA KEÇMƏK ÇOX BÖYÜK SƏHV OLDU
     
    İndi heç kim heç kimin kitabını oxumur

    Azərbaycanın xalq yazarı Anarla müsahibə götürmək istərkən, yazılı şəkildə sualların ünvanlanmasını istədi və yazılı olaraq sualları cavabladı. Mən də cavablardan dolayı Anar müəllimə təşəkkürümü bildirdim. Ancaq bəzi suallardakı cavablardan belə çıxır ki, Anar müəllimin bəzi əsərləri ilə tanış deyiləm. O əsərləri mən də oxumuşam. Ancaq o sualları verməkdə məqəsdim Anar müəllimin nə vaxtsa yazdığı, kitab şəklində çap olunmuş əsərlərindəki fikirlərlə geniş oxucu kütləsini tanış etməkdir. Mən Anar müəllimə başqa suallar da verə bilərdim. Ancaq görmək istədiyimiz fikir və düşüncələrin ərazisində ona sualımızı ünvanladıq.

    Buyurun, AYB sədrinin BakuPost-a yazılı müsahibəsi ilə tanış olun:

    – İllər öncə Sizin qələminizlə Dədə Qorqudun bu millətə yenidən qazandırıldığı fikri ədəbi aləmdə olduqca yayğındı. Dədə Qorqud mövzusuna yenidən qayıtmaq fikriniz varmı? Sizcə ədəbi baxımdan buna ehtiyac duyula bilərmi?

    – Bildiyiniz kimi, mən Azərbaycanın ilk iki seriyalı bədii filminin – «Dədə Qorqud» filminin ssenari müəllifiyəm. Filmin quruluşçu rejissoru Xalq artisti Tofiq Tağızadədir. O illər Azərbaycanda ən çox tamaşaçı toplamış «Dədə Qorqud» filmi Sovet İttifaqının başqa şəhərlərində də «Svet poqasşiz kostrov» adıyla uğurla nümayiş etdirilmişdi. Türkiyə televiziyasıyla da göstərilən «Dədə Qorqud» qardaş ölkədə böyük maraq doğurmuş, Türkiyə mətbuatında görkəmli ədəbiyyat tarixçisi Əhməd Kabaklının, dastanlar şairi Niyazi Yıldırım Gəncosmanoğlunun, məşhur nasir Sevinc Çokumun və başqalarının müsbət rəyləri çıxmışdır. Bundan başqa mən 12 seriyasını yazdığım, ancaq təəssüf ki, yalnız iki seriyası çəkilmiş «Dədə Qorqud oğuznamələri» dizi filminin (Rejissor Ramiz Həsənoğlu) və «Basat» çizgi filminin də ssenari müəllifiyəm. «Kitabı-Dədəm Qorqud» motivləri əsasında yazdığım «Dədə Qorqud» povesti Bakıda Azərbaycan və rus dillərində, akademik Həmid Araslının ön sözülylə, Moskvada üç dəfə görkəmli türkoloq Xalıq Koroğlunun ön sözü, Toğrul Nərimanbəyovun əlvan illüstrasiyaları ilə böyük tirajlarla çap olunub. Türkiyədə, İranda (fars və Azəri türkcəsiylə), Qazaxstanda, Gürcüstanda da ayrıca kitab kimi çap edilib. 125 səhifəlik «Dədə Qorqud dünyası» essem ayrıca kitab kimi nəşr edilib, «Söz dünyası» adlı son kitabıma da daxil edilib. Qırğıstanda Manasın 1000 illik yubileyində unudulmaz Ulu Öndər Heydər Əliyevə təklif etdim ki, biz də Dədə Qorqudun 1300 illiyini qeyd edə bilərik. Bu fikri bəyəndi və «təklifini yaz» dedi. Ona qədər «Kitabı-Dədəm Qorqudu» XX-XI əsrlərə aid edirdilər. Dastan mətnində Dədə Qorqudun Həzrət Məhəmmədin müasiri olması işarəsini əsas götürərək dastanın 1300 illiyini qeyd etməyi təklif etdim. Prezident Heydər Əliyevin qərarıyla bu tarix təsdiq olundu, YUNESKO və Türkiyə qorqudşünasları tərəfindən də qəbul edildi.

    Türk dövlətlərinin rəhbərlərinin iştirakıyla Bakıda keçirilən Dədə Qorqud yubiley tədbirinin səhnələşdirilmiş bədii hissəsinin ssenanrisini də mən yazmışdım (rejissor Mərahim Fərzəlibəyov), Dövlət başçıları, xüsusilə Türkiyə Prezidenti Süleyman Dəmirəl tamaşanı o qədər bəyənmişdi ki, Türkiyə gətirməyi təklif etmişdi. Bir məzəli detalı də deyim. Tamaşada Dədə Qorqudun dilindən deyilən: «Qoy az ərlər çox olsun, qoy azərlər çoxalsın» sözlərini Süleyman bəy doğrudan da Dədə Qorquda aid olduğunu zənn edərək çıxışında sitat gətirmişdi. Mənim Dədə Qorqudla bağlı işlərimə yüksək qiymət verən Ulu Öndər dünyada ilk dəfə yaradılan «Dədə Qorqud ensiklopediyası»na yazdığı giriş sözündə qeyd edirdi:

    «Məhz «Kitabi-Dədə Qorqudun təbliği baxımından Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud Qorqudla bağlı başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz artıq öz illkin dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də dəyərləndirirəm. Təqdirəlayiqdir ki, «Kitabi-Dədə Qorqud ensiklopediyasının yaranma ideyası da Anara məxsusdur».

    Mən adətən özüm haqqında bu sayaq məlumatları afiş etməyi xoşlamıram. Amma Sizin sualınıza cavab olaraq bunu edirəmsə yaddaşı korlalanlara bəzi faktları xatırlatmaq üçün edirəm.

    Dədə Qorqudla bağlı yenidən hansı janrasa müraciət etmək fikrim hələ ki yoxdur. Amma onu da qeyd etmək istəyirəm ki, Dədə Qorqudun tədqiqi və mövzularının müxtəlif səpkidə işlənməsi sahəsində bizim bir çox görkəmli alimlərimiz – ədəbiyyatçılar, dilçilər, folklorçular, eləcə də nasirlər, şairlər, dramaturqların danılmaz xidmətləri vardır. İnanıram ki, gələcək nəsillər də xalqımızın bu ən möhtəşəm ədəbi abidəsinə böyük sayğı və maraqla yanaşacaqlar.

    – Bir zamanlar «Kitabi-Dədə Qorqud» dastanlarımız və digər əlyazmalarımız Vatikana, Drezdenə, digər arxivlərə niyə, nədən aparıldı? Əgər aparılmasa idi, bu günə kimi salamat qala biləcəkdimi?

    – Əlyazmalarının, özü də tək əlyazmalarının deyil Qərb arxivlərinə, kitabxanalarına, muzeylərinə aparılmalarının müxtəlif səbəbləri var. Xalqımızın əzəmətli sənət əsəri Şeyx Səfi xalçası London muzeyindədir. Bu bir tərəfdən imperialist dövlətlərin Şərqin yalnız maddi sərvətlərinə deyil, mənəvi sərvətlərinə də yiyələnmək cəhdindən gəlir. O biri tərəfdən Qərbin şərqşünas alimləri də bizim qədim əlyazmalarına bəzən özümüzdən artıq dəyər verir, toplayır və saxlayırlar. Konkret desək, «Kitabi-Dədəm Qorqud» əlyazmalarının öz vətənində nə dərəcədə salamat qalıb qalmayacağı barədə fikir söyləmək çətindir. Hər halda onu da unutamayaq ki, bizim Bakıda əlyazmalar institutunda çox dəyərli nüsxələri qorunub saxlanılır.

    – İstərdim ki, «Avesta» ilə bağlı də fikirlərinizi bizimlə paylaşasınız. Ümumiyyətlə, bu dastanın mahiyyəti və bizlərə mənsub olması ilə əlaqədar gəlmiş olduğunuz qənaətlər nələrdir? Nədən «Avesta» «Kitabi-Dədəm Qorqud» eposu qədər ədəbiyyatımıza və ictimai şuara sirayət edə bilmədi. Y.V.Çəmənzəminlini çıxmaq şərtilə və bir də Novruz bayramı dışında «Avesta»nın mahiyyəti yazılı ədəbiyyata o qədər də təsir etmədi.

    – Mən əlbəttə, «Avesta»yla tanışam, amma özümü bu sahədə mütəxəssis hesab etmirəm, yəni tutalım «Kitabi-Dədəm Qorqud»a bələd olduğum qədər «Avesta»ya bələd deyiləm. Səbəbi çox sadədir «Kitabi-Dədəm Qorqud» mənim ana dilimdə yaranıb, ayrı-ayrı arxaik əlamətlər olsa da bu gün belə anladığımız bir dildə mövcuddur, «Avesta» isə yabançı dildədir. Bu birinci və əsas səbəb, ikincisi «Avesta» dini kitabdır, «Kitabi-Dədəm Qorqud» isə dünyəvi dastandır, kitaba çevrilmiş dastan. Xalqımızın məişətində «Avesta»dan gələn, daha doğrusu, atəşpərəstlikdən gələn bəzi ünsürlər hifz olunsa da, (məsələn, Novruz bayramıyla bağlı ənənələr, adətlər, mərasimlər) yabançı dilin abidəçsi olan «Avesta» ərazi etibarıyla Azərbaycanla bağlıdırsa da xalqın şüurunda doğma dildə yaranan ədəbiyyar kimi yer tuta bilməzdi və tutmadı.

    Ümumiyyətlə, ədəbiyyat tariximizə nəzər salanda doğma dil ünsürünü heç bir vaxt ikinci plana keçirməməliyik. Dövrün tələblərinə uyğun olaraq başqa dillərdə yazan müəliflərimizə nə qədər hörmətlə yanaşsaq da, ədəbiyyatımızın Ana yolu doğma dilimizdə yaranan ədəbiyyatdır.

    – Tükrdilli dövlətlərin Zirvə toplantısının keçirilməsi geniş əks-səda doğurdu. Türkdlli dövlətlərin başçıları bir araya gəldilər. Bu toplantı Sizin üçün bir yazar kimi hansı mahiyyət kəsb edir?

    – Bu, türkdilli Dövlət başçılarının birinci zirvə toplantısı deyil ki… Hətta türkdilli dövlət liderlərin Bişkekdə keçirilən toplantısında Ulu Öndər Heydər Əliyevin dəvətiylə rəhmətlik Yusif Səmədoğluyla mən də iştirak etmişdik. Əlbəttə, bu toplantıları müsbət dəyərləndirirəm, amma könül istər ki, belə görüşlərin konkret nəticələri daha konkret olsun. İlk növbədə türkdilli dövlətlər Qarabağ məsələsində bizim haqq işimizi sözdə yox hərəkətlərdə birmənalı şəkildə dəstəkləsinlər.

    Bu dövlətlərin Ermənistanla münasibətlərini də yüksək səviyyədə saxlamaları – siyasi, iqtisadi, mədəni əməkdaşlıqları və s. Azərbaycan torpaqlarını işğal etmiş qəsbkarla mehriban münasibətlər türk həmrəyiylə bir araya sığmır. Bu baxımdan Türkiyənin mövqeyi daha dəqiq və daha prinsipialdır.



    – Gələcəkdə Türk Birliyi ideyası reallığa dönüşdüyü təqdirdə hansı ortaq əlifbanı təklif edərdiniz. Sizcə Orhun-Yenisey əlifbası gündəmə gələ bilərmi? Ümumiyyətlə, yeni əlifbaya ehtiyac varmı? Bəs bu BİRLİK ortaq ünsiyyət məsələsində türk boylarının hansınınsa birinin ləhcəsini rəsmi statusda təklif edilə bilərmi?

    – Təəssüf edirəm ki, mənim cavablarımla maraqlandığınız halda, mənim yazılarımla tanış deyilsiniz. Axı mən bütün bu məsələlər haqqında dəfələrlə yazmışam, demişəm, çıxışlarım mətbuatda, kitablarımda çap olunub. Yaxşı madam ki, sual verirsiniz bir də təkrar edim: 1926-ci ildə Bakıda Birinci Türkoloji qurultaya həsr olunmuş «Fərəh, ümid, faciə» adlı yazımda bu barədə fikrimi bildirmişəm: latın əlifbasının Mirzə Fətəlidən Atatürkə, Rəsulzadəyə, Nərimanova, Mirzə Cəlilə qədər nüfuzlu tərəfdaşları olsa da (mən o illərdə yaşasaydım mən də o vaxt latın əlifbası tərəfdarı olardım) bu günün tarixi təcrübəsindən mən ərəb əlifbasından latın əlifbasına keçməyimizi səhv sayıram.

    Ərəb əlifbasından latına keçməklə biz həm tarixi irsimizdən ayrıldıq, həm də türk xalqlarının bir-birini anlaması çətinləşdi. O vaxt irəli sürülən ərəb əlifbasının guya ki, elmi-texniki tərəqqiyə mane olması fikri də yanlışdır. Yaponların, Çinlilərin ərəb əlifbasından qat-qat qəliz olan heroqliflərlə yazıb oxumaları onların elmi-texniki tərəqqəsinə əngəl törətmədi. Amma necə deyərlər artıq gecdir, qatar gedib. Türkiyə kimi biz də, bəzi başqa türk dövlətləri də latına keçmişiksə daha əlifba dəyişməmiz yetər. Yenidən neçə-neçə nəsli savadsız etməyə haqqımız yoxdur.

    Odur ki, Orhun-Yenisey əlifbasına üz tutmaq ancaq sırf fantaziya məhsulu ola bilər. Doğrudur, bir çox alimlərin, o cümlədən rus türkoloqlarının rəyincə, Orhun əlifbası türk dillərinə ən uyğun əlifbadır. Amma heyhat! Olan oldu, keçən keçdi. Həm də latın əlifbasından bütün dünya istifadə edir, Orhun əlifbasını üç cüt bir tək mütəxəsisdən başqa kim biləcək?

    Ortaq dil məsələsi haqqında da dəfələrlə yazmışam, Bakıda və Türkiyədə dönə-dönə danışmışam. Kökləri bir olsa da çox qədimlərdən ayrılmış türk dillərini müstəqil dil deyil, ləhcə adlandıranlarla da mübahisələr etmişəm. Dilimiz ləhcəldirsə hansı dilin ləhcəsidir. Türkiyə türkcəsinin? Niyə mənim bayatılardan, Mirzə Fətəlidən, Mirzə Cəlildən gələn ədəbi dilim Türkiyə türkcəsinin ləhcəsi sayılsın? Belə olduqda Türkiyə türkcəsinin özü də ləhcədirmi? Məncə, türk xalqlarının hamısı indi danışdıqları dillərini yad ünsürlərdən təmizləyərək yaşatmalı və inkişaf etdirməlidirlər. Mifik bir dil «türk esperantosu» naminə qazax heç vaxt yıldıza yıldız, Türkiyə türkü ipəyə ipək deməyəcək və yaxşı ki, deməyəcək.

    Hər dilin öz xüsusiyyəti, öz şirəsi, öz duzu var. Amma Sovet İttifaqında rus dilli xalqlar arasında ünsiyyət dili olduğu kimi türk dünyasında da Türkiyə türkcəsi ünsiyyət, rabitə, təmas, ilətişim dili ola bilər. Çünki Türkiyə bütün türk xalqları arasında ən çox müstəqillik tarixinə malik olan və sayca ən böyük əhalisi olan dövlətin dilidir, hər sahədə gəlişmiş bir dildir və məhz Türkiyə türkcəsinin ünsiyyət dili kimi qəbul olunması heç bir başqa türk xalqının qəlbinə toxunmaz. Demirik ki, tutalım Azəri türkcəsi, ya qazax, tatar, özbək dili ortaq ünsiyyət dili olsun.

    – Urmi gölü ilə bağlı son aldığınız informasiya necədir? Bu gölün taleyi ilə bağlı fikirlərinizi bölüşə bilərsinizmi? Sizə elə gəlmirmi ki, Türk birliyi ilə bağlı Ortaq Mədəniyyət məsələsi, Urmi gölü, Borçalıdakı soydaşlarmızın sorunları haqqında və digər bu kimi məsələrlə bağlı yazar və ziyalı camemiz susublar? Sovet dövründə səslərini qaldıran qələm adamları nədən indi bu qədər susqun, sakit görünürlər: Bu iradı ən azından yazılan əsərlərin əksəriyyətindən və verilən müsahiblərdən, edilən çıxışlardan görmək mümkündür.

    – Urmi gölü haqqında aldığım məlumatlar təəssüf ki ürək açan deyil, bu gölün qurumaq təhlükəsi var. Amma Urmidən də böyük su hövzəsi olan Aral gölünün (daha doğrusu, Aral dənizin) qurumasının qarşısını kim ala bildi, hansı yazıçı, hansı alim, ziyalı hansı məqaləsiylə? Təbiətin hökmüylə baş verən hadisələrin yazıçı sözüylə qarşısını almaq mümkün olsaydı dünyanın bütün problemləri həll olunardı, dünyada iqlimin isinməsinin də Şimal buzlarının əriyib sahil şəhərlərinə təhlükə törətməsinin də qarşısını sözlə, yazıyla almaq mümkündürmü? Elə türk dünyasını götürsək bizi ağrıdan problemlər azmıdır?

    Borçalı soydaşlarımızın sorunlarından başqa, İraqda türkman adlandırılan soydaşlarımızın problemləri daha ağırdır. Krım tatarları hələ də doğma torpaqlarının sahibi ola bilmirlər. Çində uyğurlar təqib olunurlar. Hələ Güneydəki qardaşlarımızın İrəvan bazarlarını ərzaqla təmin etmələrini demirəm. Əldəttə, haqlısınız, bu və buna bənzər digər məsələlər haqqında yazıçılar düşünməli, yazmalıdırlar hətta sözlərinin bir şeyi dəyişməyəcəyini bilsələr belə. Sovet vaxtıyla müqayisəyə gəlincə qəribə bir parodoks meydana çıxır. Sovet İttifaqıyla və sovet sistemiylə artıq otuz ilə yaxındır ki vidalaşmışıq, amma hələ də beynimizdə sovet stereotipləri qalmaqdadır.

    Doğrudan da, Sovet dönəmində yazıçı sözünün əhəmiyyəti vardı. Ona görə ki, nüfuzlu yazıçıların sözünü partitya rəhbərləri eşidir və buna müvafiq tədbirlər görürdülər Yazıçının xəbərdarlığını nəzərə alıb qərarlar verir, ya da yazıçının özünü tutub dama basırdılar. Hər halda bir reaksiya vardı. İndi bu qədər qəzet, jurnal, sosial şəbəkələr bolluğunda kim kimədir? Bağışlayın, əgər Siz – yazıçı, jurnalist, ziyalı heç mənim yazdıqlarımdan xəbərdar deyilsinizsə səsimiz kimə çatacaq? Günümüzün ən dəqiq ifadəsi: «heç kim heç kimin kitabını oxumur».

    – Ramiz Həsənoğlu ilə müsahibəmdə dedi ki, keçən əsrin 60-cı illərində Anarın əsərləri mənim formalaşmağımda böyük rol oynayıb. Ramiz müəlimi formalaşdıran əsərləriniz və əsərlər 2060-larda öz təsir gücündə qalacağına inamınız nə qədərdir?

    – Doğrusu, inamımı ölçməmişəm, nə qədər olduğunu deyə bilmirəm. Şübhəsiz, hər bir qələm əhli kimi mənim də ümidim onadır ki, yazılarım məndən sonra da yaşayacaq, neçənci ilədək bilmirəm, amma əminəm ki Azərbaycanın həyatı məişəti, insanları, bu günü və tarixiylə, ədəbiyyatıyla, sənətiylə, siyasi keşməkeşləriylə, ölkənin problemləriylə tanış olmaq istəyənlər yazılarımdan yan keçməyəcəklər.

    Qeyri-təvəzökar səslənsə də düşünürəm ki, küll hallında mənim ədəbiyyat, teatr və kino yaradıcılığım Azərbaycanı anlamaq üçün açardır. 2060-ci ilin oxucuları gələcəyə qalsın, çox istərdim ki, bu günün gəncləri, xüsusilə ədəbi gənclik və ələlxüsus məni oxumadan bəyənməyən bir para gənclər yazdıqlarımla diqqətlə tanış olsunlar. Umduqlarına nail olmadığına, iddia etdikləri şöhrətə, mükafata çatmadıqlarına görə (hamını razı salmaq mümkün də deyil) narazı ovqatla, bəd nəzərlə deyil, saf ürəklə, duru baxışla oxusunlar yazılarımı. Mənə münasibətləri dəyişməsə də həyata, ədəbiyyata münasibətləri bəlkə də dəyişə bilər.

    – Yaşadığımız planetin bəlli bir dönəmdən sonra ömrünün sona yetəcəyi ilə bağlı elmi fikirlər ortalığı gəzib dolaşır. Bu yanaşmalar yazdığınız əsərlər bağlamında yazıya, mətnə, kitaba qarşı ümidlərinizi qırmır ki? Ya sizdə narahatlıq yaratmır ki?

    – Əsla yox. Çox gənc yaşlarımdan ədəbiyyata bağlanmışam, yazı pozu həyatımın mənası olub və bir sıra müasir yazıçılardan fərqli olaraq yaradıclıq mənimçün nəyəsə nail olmaq vasitəsi yox, ömrümün təmənnasız məqsədi, zövqü, huzuru – rahatlığıdır və təsəllisidir. Milyon illərdən sonra yer kürəsinin soyuyub məhv olacağının yasını indidən tutmaq və ona görə də yaradıcılıqdan əl üzmək ona bənzəyər ki, evlənməyəsən, ailə qurmayasan, oğul uşaq sahibi olmayasan ki, nə var, nə var, axırda hamı öləcək. O ki, qaldı bu sarıdan narahalığa, yəni planetimiz məhv olmaqla mənim əsərlərimin də yoxa çıxmasına məndə belə bir ümid var ki, yer kürəsi tələf olandan sonra, kainatın ən uzaq bir guşəsində, milyon işıq ili məsafəsində şüurlu həyat var və oranın məxluqu Azərbaycan dilini mükəmməl bildikləri üçün başqa yazıçılarımızla bir sırada mənim də kitablarımı oxuyacaqlar. Bağışlayın, amma belə suala ayrı cür cavab tapa bilmirəm.

    – Əsərlərinizdə qəribə bir Azərbaycan təəssübkeşliyi özünü göstərir, Azərbaycanın gələcək taleyini necə görürsünüz? Azərbaycan mədəniyyətinin gələcəyi ilə bağlı hansısa bir platformanız, konsepsiyanız varsa, oxucularla bölüşə bilərsinizmi?

    – Azərbaycan təəssübkeşliyim neçin Sizə qəribə gəlir. Meksika, ya Banqladeş təəssübkeşi olmayacaqdım ki (Hər iki ölkəyə böyük hörmətim olsa da). Oxucuları mənim Azərbaycanın taleyi haqqında görüşlərim maraqlandırırsa, xahiş edirəm «Ağ qoç, qara qoç» povestimi alıb oxusunlar. Orda bütün bu suallara cavab tapacaqlar. Azərbaycan mədəniyyətinin gələcəyi haqqında fikirlərimi isə, «Azərbaycançılıq haqqnda düşüncələr» (ayrıca kitab kimi nəşr olunub), «Gecə düşüncələri», «İpək yolu» (cildlərimdə var) kimi yazılarımda ifadə etmişəm.

    Yazılarımın reklamına daha bir məlumatı əlavə edə bilərəm. Artıq rusca «Pravo na jizn» adıyla və İstanbulda Türkiyə türkcəsində çıxmış kitabımın indi Azərbaycan dilində nəşri hazırlanır. «Yaşamaq haqqı» adlanan bu kitabda verdiyiniz və vermədiyiniz bütün suallara cavab tapa biləcəksiniz. Suallarınıza görə təşəkkür edirəm.

    Sualları ünvanladı: Xanəmir Telmanoğlu

    Oxunub: 2 052
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.