Azərbaycanda koronavirusa yoluxma tempi azalır - Operativ Qərargah STATİSTİKANI AÇIQLADI

Azərbaycanda koronavirusa 984 yeni yoluxma faktı qeydə alınıb, 1 748 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 608 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 582 243 nəfər müalicə olunaraq sağalıb, 8 149 nəfər vəfat edib, aktiv xəstə sayı 17668 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 440, ötən müddət ərzində isə ümumilikdə 5 718 629 test aparılıb.

Gün ərzindən koronavirus əleyhinə 30 303 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 126, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 842 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 990 538, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 131 789, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 630 793, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 227 956 təşkil edir.

Oxunub: 211
Xəbəri paylaş
Paylaş: