Amerika erməniləri Naxçıvanlı kəndində yeni məhəllə salır...-
FOTO
Qarabağdakı ermənilərin “Qəhrəmanlarımıza dəstək olaq” üzdəniraq ictimai “xeyriyyə” təşkilatı ilə Amerika erməni missionerlər assosiasiyası ilə anlaşma memorandumu imzalayıb. Buna əsasən, Amerika erməni missionerlər assosiasiyası “Naxçıvanik” adlandırılmış yeni Naxçıvanlı rayonunda 16 evdən 6-nın tikintisinə sponsorluq edəcək.
Bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
“Qəhrəmanlarımıza dəstək olaq” təşkilatı 2021-ci ilin yanvarından Naxçıvanlı kəndində yeni məhəllə salınması təşəbbüsü ilə çıxış edib. Separatçı rejim təşkilata 3 hektar torpaq bağışlayıb. Təşkilat artıq bütün torpaqölçmə işlərini başa çatdırıb və 16 evin bünövrələrinin qazılmasına başlanıb...
Zəruri qeyd:
Naxçıvanlı, Naxçıvanik - Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.
Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar.
Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rasmiləşdirilmişdir.
Oykonim “Naxçıvandan gələnlər” mənasındadır.
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Naxçıvanik olmuşdur.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir./moderator