“Təkcə sanksiya tətbiq etməyəcəyik, həm də...”- Rusiyanı hədələdilər
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiyanın Ukraynaya qarşı aqressiya nümayiş etdirəcəyi təqdirdə bunun çox ağır nəticələri və bədəlinin olacağı barədə xəbərdarlıq ediblər.
Belçikanın paytaxtı Brüsseldə keçirilən ilin son Aİ Liderlər Zirvəsinin bəyanatı qəbul olunub.
Liderlər Rusiyanı Ukrayna sərhədindəki hərbi istehkamları və hücum ritorikasını deeskalasiya etməyə çağırıblar.
Ukraynanın ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiklərini vurğulayan Aİ liderlərinin bəyanatında deyilib:
“Ukraynaya qarşı növbəti hərbi təcavüzə cavab olaraq tərəfdaşlarla razılaşdırılmış sanksiyalarla yanaşı, bunun böyük nəticələri və ağır bədəli olacaq”./teleqraf
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: