Rusiyada Azərbaycandan ixrac olunan pomidorların keyfiyyətindən danışıldı

Bu barədə “Roskaçestvo”nun tədqiqat departamentinin rəhbəri Liliya Kotelnikova məlumat verib.
“Nəticədə tərəvəzlərdə dövlət standartları ilə qadağan edilmiş nitratların və pestisidlərin (DDT və HCH) olmadığı müəyyən edilib”, - deyə mütəxəssis qeyd edib.
Onun fikrincə, hər bir halda ticari adı olan qablaşdırılmış tərəvəzləri almaq daha yaxşıdır.
Mütəxəssis nəzəri cəhətdən xarici istehsalçıların idxal olunan tərəvəz məhsullarının saxlama müddətini və xarici görünüşünü qorumaq üçün müxtəlif kimyəvi maddələrdən və pestisidlərdən istifadə edə biləcəyini qeyd edib.
“Bununla belə, araşdırmanın nəticələrinə görə, “Roskaçestvo” pomidorda təhlükəli qadağan olunmuş maddələr tapmayıb”, - deyə Liliya Kotelnikova sözlərini yekunlaşdırıb./“Prime” agentliyi
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: