İstintaq Komitəsinin sədri Kərəmyan Qarabağa gəlib - Azərbaycan qanunlarını pozaraq
Ermənistan yenə Azərbaycan qanunlarını pozaraq Qarabağa nümayəndə heyəti göndərib.
Dekabrın 17-də Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan Xankəndiyə gəlib.
Yerli KİV xəbər verir ki, ermənistanlı məmurun başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə separatçıların başçısı Araik Arutunyanla görüşüb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi, kadrların hazırlanması və ixtisasının artırılması kimi məsələləri müzakirə edildiyi bildirilir.
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: