Rusiyada koronavirusdan ölənlərin sayı 296 mini ötdü
Rusiyada son bir gündə daha 27 434 nəfərə COVID-19 diaqnozu qoyulub.
Yerli KİV xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 186 823 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 076 nəfər artaraq 296 180-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 952 266 nəfər sağalıb.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş:





















