Türkiyə jandarmı "İnterpol"un axtardığı terrorçunu məhv edib
Türkiyənin jandarma qüvvələri "Eren-13" əməliyyatları çərçivəsində daha dörd terrorçunu məhv edib.
“Vatan” qəzeti xəbər verir ki, onlardan biri "Herdem Amed" kod adlı Veysel Akkuşdur.
Siirt şəhərində zərərsizləşdirilən V.Akkuş xüsusi təhlükəli cinayətkar kimi "İnterpol" xətti ilə bağlı axtarışda olub.
Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, o, 2004-cü ildən bəri müxtəlif terror aktlarında iştirak edib.
Oxunub: 208
Xəbəri paylaş
Paylaş: